Xəbərlər
Lerikdə yubiley yaşı tamam olan müəllimlər unudulmur.

Lerikdə yubiley yaşı tamam olan müəllimlər unudulmur.
Lerik Rayon Komitəsi ucqar dağ kəndi olan Kitabəli Həmidov adına Anbu kənd tam orta ümumtəhsil məktəbinin müəllimi İbadov Əlövsət Nəcəfəli oğlunun 65 yubiley yaşına hədiyələr və fəxri fərmanla təltif olunmüşdur.İbadov Əlövsət Nəcəfəli oğlunun yüzlərlə həkim, müəllim və dövlət idarələrində çalışan yetirmələri vardir. Ambu kəndi rayon mərkəzindən 11 km uzaq məsafədə yerləşir. Məktəbdə müəllim və texniki işçiylə birlikdə 28 nəfər üzv vardir
Lerikdə yubiley yaşı tamam olan müəllimlər unudulmur.

Lerikdə yubiley yaşı tamam olan müəllimlər unudulmur.
Lerik Şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin Direktoru vəzifəsini icra edən İskəndərov Murad Arif oğlunun 50 yubiley yaşına münasibəti ilə ETİHİ Lerik Rayon komitəsinin hədiyələri və fəxri fərmanla təltif olunmüşdur. Məktəbdə müəllim və texniki işçiylə birlikdə 18 nəfər üzv vardir.
Lerik Rayon Komitəsi 5 oktyabr müəllimlər gününü qeyd etdi.

Lerik Rayon Komitəsi 5 oktyabr müəllimlər gününü qeyd etdi.
ETİHİ Lerik rayon komitəsi Lerik rayon ümumtəhsil məktəblərinin fəaiyyətində yüksək nəticələri olan 31 nəfər müəllim və tərbiyəçiləri Rayon komitəsinin fəxri fəramanları və qiymətli hədiyələri ilə təltif etdi.
Lerik rayon ümumtəhsil məktəblərinin müəllimləri ETİHİ Respublika komitəsi tərəfindən 05 oktyabr müəllimlər günü münasibəti ilə təbrik etdilər.

Lerik rayon ümumtəhsil məktəblərinin müəllimləri ETİHİ Respublika komitəsi tərəfindən 05 oktyabr müəllimlər günü münasibəti ilə təbrik etdilər.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Lerik rayonunda müəllimlərlə görüşlər keçirilib.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə respublikanın müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisələrinin kollektivləri ilə görüşlər keçirilib.
Bu çərçivədə Lerik rayonunda Hamarmeşə, Lüləkəran və Çayrud kəndlərinin tam orta ümumtəhsil məktəblərində müəllim və pedaqoji kollektivlərlə görüşlər təşkil olunub. Görüşlər zamanı təhsil işçilərinin qarşıdan gələn peşə bayramı münasibətilə səmimi təbrikləri çatdırılıb, müəllimlərə hədiyyələr təqdim edilib.
Görüşlərdə ETİHİ Respublika Komitəsinin sektor müdiri Əli Rzayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinin salamlarını müəllimlərə çatdırıb. Çıxış zamanı müəllim əməyinin cəmiyyətin inkişafında, gənc nəslin hərtərəfli formalaşmasında və ölkənin gələcəyinin qurulmasında mühüm rolu xüsusi vurğulanıb.
Tədbirlərdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova və Rayon Təhsil Sektorunun müdiri Ülviyyə Əliyeva iştirak edərək qonağı və kollektivləri salamlayıblar. Onlar müəllimləri peşə bayramı münasibətilə təbrik edib, həmkarlar ittifaqının təhsil işçilərinə göstərdiyi diqqət və qayğını, belə görüşlərin təşkilini yüksək qiymətləndirərək ETİHİ rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Təhsil işçilərinin peşə bayramı münasibətilə təbrikləri çatdırılıb, onların təhsilimizin inkişafına verdikləri töhfələr diqqətə çatdırılıb
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
Lerik rayonunda təhsil işçilərinin ənənəvi təhsil konfransı keçirilib.

Lerik rayonunda təhsil işçilərinin ənənəvi təhsil konfransı keçirilib.
Lerikdə keçirilən konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lerik rayonu üzrə təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, ETİHİ Lerik rayon Komitəsinin sədi Cəlil Abbasov və təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər.Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Konfrans çərçivəsində qarşıda duran vəzifələr və yeni tədris ilinin əsas hədəfləri ətrafında fikir mübadiləsi aparılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələr verilib.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Lerik Rayonundan bir qrup ittifaq üzvləri həftə sonu istirahətə getdillər.

Lerik Rayonundan bir qrup ittifaq üzvləri həftə sonu istirahətə getdillər.
ETİHİ lerik Rayon Komitəsinin təşkilatçılığı ilə bir sıra İttifaq üzvləri həftə sonu Astara Rayonu ərazisində yerləşən Astoloniya Ailəvi İstirahət mərkəzinə iki günlük bir gecə istirahətə getdilər. Dört dəfə qidalanmaqla axşam konserti qalmaqları üçün konfort səliqəli gözəl otaqlarla təmin oldular. Dəniz, hovuz və axşam konsertləri istirahətini dahada maraqlı etdi. Sonda ETİHİ Rəhbərinə və rayon komitəsinə təşəkürünü bildirdilər.
Lerik Rayonunu bir qrup təhsil işçisi bir günlük istirahət məkanlarda oldular.

Lerik Rayonunu bir qrup təhsil işçisi bir günlük istirahət məkanlarda oldular.
ETİHİ Lerik Rayon Komitəsinin tabeçiliyində olan 55 nəfərlik uşaq bağçaları, UGİM və bəzi ibtidai məktəblərinin müəllim kollektivi 23 iyul 2026-cı il tarixdə Qala Ailəvi İstirahət məkanında istirahət etdillər. Rayon Komitəsi təəfindən hər il təşkil olunan bir günlük turlara görə ittifaq üzvlərinin xoş təzahürləri və təşəkürlərini bildirdilər.
Lerik Rayonunu bir qrup təhsil işçisi bir günlük istirahət məkanlarda oldular.

Lerik Rayonunu bir qrup təhsil işçisi bir günlük istirahət məkanlarda oldular.
ETİHİ Lerik Rayon Komitəsinin tabeçiliyində olan 55 nəfərlik uşaq bağçaları, UGİM və bəzi ibtidai məktəblərinin müəllim kollektivi 23 iyul 2026-cı il tarixdə Qala Ailəvi İstirahət məkanında istirahət etdillər. Rayon Komitəsi təəfindən hər il təşkil olunan bir günlük turlara görə ittifaq üzvlərinin xoş təzahürləri və təşəkürlərini bildirdilər.
Lerikdə çalışmanın son yaş həddinə çatmış ittifaq üzvləri Rayon komitəsi tərəfindən təltif edildi

Lerikdə çalışmanın son yaş həddinə çatmış ittifaq üzvləri Rayon komitəsi tərəfindən təltif edildi
Lerik Rayonu Aran kənd ümumi orta ümumtəhsil məktəbinindirektoru Əhədov Cəmil Güləhməd oğlunun 65 yubiley yaşına münasibəti ilə ETİHİ Lerik Rayon komitəsinin hədiyələri və fəxri fərmanla təltif olunmüşdur. Məktəbdə müəllim və texniki işçiylə birlikdə 21 nəfər üzv vardir.
https://www.facebook.com/profile.php?id=61570902593317&__cft__[0]=AZbyf-2Jo8xPu99gh7rEymeqDdvbuLwUlIYOWbJyV9r3pYcU-iXVK-UNUupIR9PeJzLcp3r42Doa8JW2lRoLudePjuPREsTYQmIyNqrp7H0bNxVkqitgA6qyo0mcMO4pfWscNITBlTLh9Gu1QAxi28c1KUM2spxZlvdIUMvNtnu7h9WAwBKrUUXpvGOYI_fHG1N6dyaH7dhvD5ggjQFPy0xo&__tn__=-UC%2CP-R


